Bakı. 18 may. REPORT.AZ/ Bakıda təşkil olunan 17 yaşadək futbolçular arasında Avropa çempionatının oyunlarına təyinat almış hakim və hakim-inspektorlar üçün seminar keçirilib. "Report" AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, seminara rusiyalı mütəxəssis, beynəlxalq dərəcəli hakim-inspektor Nikolay Levnikov rəhbərlik edib.
Çempionatın oyunları zamanı baş vermiş mübahisəli epizodlar müzakirə olunub, oyun qaydalarındakı yeniliklər haqda məlumat verilib.
Tədbirdə Azərbaycan Premyer Liqasının oyunlarına təyinat alan hakim və hakim-inspektorlar da iştirak edib.











