Voleybol üzrə Avropa çempionatında iştirak edəcək bütün komandalar müəyyənləşib

Voleybol üzrə Avropa çempionatında iştirak edəcək bütün komandalar müəyyənləşib Bakı. 10 yanvar. REPORT.AZ/ Kişi və qadınlar arasında voleybol üzrə Avropa çempionatında iştirak edəcək bütün komandalar müəyyənləşib.
Futbol
10 Yanvar , 2019 18:35
Voleybol üzrə Avropa çempionatında iştirak edəcək bütün komandalar müəyyənləşib

Bakı. 10 yanvar. REPORT.AZ/ Kişi və qadınlar arasında voleybol üzrə Avropa çempionatında iştirak edəcək bütün komandalar müəyyənləşib.

"Report" xəbər verir ki, Azərbaycan yığması yalnız qadınların mübarizəsində təmsil olunacaq.

Qadınlar arasında Avropa çempionatı 24 komandanın iştirakı ilə keçiriləcək. Yarışda Azərbaycanla yanaşı, Belarus, Belçika, Bolqarıstan, Macarıstan, Almaniya, Hollandiya, Yunanıstan, İspaniya, İtaliya, Polşa, Portuqaliya, Rusiya, Rumıniya, Serbiya, Slovakiya, Sloveniya, Türkiyə, Ukrayna, Finlandiya, Fransa, Xorvatiya, İsveçrə və Estoniya iştirak edəcək.

Avropa çempionatı avqustun 23-dən sentyabrın 8-dək Türkiyə, Polşa, Macarıstan və Slovakiyada baş tutacaq. Püşkatma isə yanvarın 23-də Türkiyənin İstanbul şəhərində olacaq.

Qeyd edək ki, kişi voleybolçulardan ibarət Azərbaycan millisi İsveç yığmasına 0:3 hesabı ilə məğlub olduqdan sonra Avropa çempionatına yüksələ bilməyib.

Son xəbərlər

Orphus sistemi