Yuxarı
    Bağlamaq

    Azərbaycanın kişi voleybol millisi Avropa çempionatından kənarda qalıb

    Bakı. 9 yanvar. REPORT.AZ/ Azərbaycanın kişi voleybolçulardan ibarət milli komandası Avropa çempionatının final mərhələsinə yüksələ bilməyib.

    "Report"un məlumatına görə, Fərid Cəlalovun baş məşqçi olduğu kollektiv G qrupunda son tur matçında, səfərdə İsveçə uduzub - 0:3. Stokholmda təşkil olunmuş qarşılaşmanın ilk setini 25:13 hesablı üstünlüklə tamamlayan meydan sahibləri ikinci setdə müqavimətlə üzləşiblər. Lakin bu setdən 25:19 hesablı üstünlüklə ayrılan skandinaviyalılar üçüncünü də böyük fərqlə başa vurublar - 25:16.

    Bu nəticədən sonra hər iki komanda xallarını 8-ə çatdırıb. Lakin nə Azərbaycan, nə də İsveç mərhələ adlaya bilib. Cəlalovun komandası daha çox - 3 qələbə qazandığı üçün 2-ci yeri tutub. Bununla belə, ümumilikdə 7 qrupda 2-ci olan komandalardan ən yaxşı "5-liy"ə Azərbaycan düşə bilməyib. Bu səbəbdən, final mərhələsinə yüksəlmək üçün tarixi şans əldən verilib.

    Avropa çempionatı, seçmə mərhələ

    G qrupu, VI tur

    20:00. İsveç - Azərbaycan - 3:0 (25:13, 25:19, 25:16)

    Hakimlər: Roberto Boris (İtaliya), İqor Porvaznik (Slovakiya)

    Stokholm, "Eriksdalshallen" voleybol salonu

    Qeyd edək ki, Bu gün Azərbaycanın kişi voleybol yığması Avropa çempionatına vəsiqə uğrunda tarixi oyuna çıxıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi