UEFA rəsmisi: "Avrokuboklarla bağlı alternativ ssenarilərimiz var"
Futbol
- 05 may, 2020
- 17:13
"Avropada koronavirusla bağlı vəziyyəti diqqətlə izləyirik".
"Report"un məlumatına görə, bunu qurumun Milli assosiasiyalar departamentinin prezidenti Duşan Lakoviç "Football Italia" nəşrinə açıqlamasında avrokubokların mümkün bərpası barədə danışarkən deyib.
O bildirib ki, UEFA-nın Çempionlar Liqası və Avropa Liqasını başa çatdırmaq üçün müxtəlif variantları var: "Bütün federasiyalar və klublar üçün açıqladığımız hazırkı ssenari turnirlərin avqustda davam etməsi və ayın sonunda keçiriləcək final oyunlarıdır. Bu, qüvvədə qalır, onun əsasında işləyirik. Ümid edirik ki, dəyişiklik olmayacaq, amma bu halda alternativ ssenarilərimiz də var. Məqsədimiz mövsümü bitirməkdir".
Qeyd edək ki, UEFA avrokubokları martın 13-də dayandırıb.
Son xəbərlər
08:44
Vyetnam Kommunist Partiyasının Baş katibi To Lam Prezident seçilib
Digər ölkələr08:34
Foto
Bakının bir sıra yollarında tıxac yaranıb
İnfrastruktur08:20
Bakıxanov qəsəbəsində yaşayış evi çöküb, xəsarət alan var
Hadisə08:11
Video
Hikmət Hacıyev WUF13 çərçivəsində Gəncə ilə bağlı video paylaşıb
Daxili siyasət08:06
Oğuzda avtomobil aşıb, ata, qızı və daha bir nəfər xəsarət alıb
Hadisə07:57
ÜST əməkdaşının ölümündən sonra Qəzzadan xəstələrin təxliyəsini dayandırıb
Digər ölkələr07:40
Əli Rza Rəhimi iranlıları elektrik stansiyaları qarşısında etiraz aksiyasına çağırıb
Digər ölkələr07:12
ABŞ-də demokratlar müdafiə nazirini impiçment etmək niyyətindədir
Digər ölkələr06:56