Yuxarı
    Bağlamaq

    AVRO-2020-də iştirak edəcək futbolçuların klublarına kompensasiya 50 milyon avro artırılıb

    Teleyayım və bilet satışından gəlirlərin 8 faizi də klublara çatacaq

    Bakı. 1 aprel. REPORT.AZ/ Avropa Klubları Assosiasiyasının prezidenti Karl-Haynts Rummenigge UEFA prezidenti Mişel Platini ilə inam haqqında memorandum imzalayıb. "Report"un məlumatına görə, sənədə əsasən, Avropa klubları futbolçularının AVRO-2020-də iştirakları qarşılığında azı 200 milyon avro kompensasiya alacaqlar.

    Bu isə AVRO-2016-dakı kompensasiyadan 50 milyon avro çoxdur. Bundan əlavə, oyunçuları çempionata qatılacaq klublar teleyayım və oyunlara bilet satışından gəlirlərin 8 faizini əldə edəcəklər.

    Qeyd edək ki, AVRO-2020-nin 4 oyunu Bakıda təşkil olunacaq. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi