AVRO-2020-də iştirak edəcək futbolçuların klublarına kompensasiya 50 milyon avro artırılıb

AVRO-2020-də iştirak edəcək futbolçuların klublarına kompensasiya 50 milyon avro artırılıb Teleyayım və bilet satışından gəlirlərin 8 faizi də klublara çatacaq
Futbol
1 Aprel , 2015 09:35
AVRO-2020-də iştirak edəcək futbolçuların klublarına kompensasiya 50 milyon avro artırılıb

Bakı. 1 aprel. REPORT.AZ/ Avropa Klubları Assosiasiyasının prezidenti Karl-Haynts Rummenigge UEFA prezidenti Mişel Platini ilə inam haqqında memorandum imzalayıb. "Report"un məlumatına görə, sənədə əsasən, Avropa klubları futbolçularının AVRO-2020-də iştirakları qarşılığında azı 200 milyon avro kompensasiya alacaqlar.

Bu isə AVRO-2016-dakı kompensasiyadan 50 milyon avro çoxdur. Bundan əlavə, oyunçuları çempionata qatılacaq klublar teleyayım və oyunlara bilet satışından gəlirlərin 8 faizini əldə edəcəklər.

Qeyd edək ki, AVRO-2020-nin 4 oyunu Bakıda təşkil olunacaq. 

Son xəbərlər

Orphus sistemi