"Atletiko"nun üzvü Qanada ilin futbolçusu seçilib
Futbol
- 10 iyul, 2018
- 10:21
Bakı. 10 iyul. REPORT.AZ/ İspaniyanın "Atletiko" (Madrid) klubunun oyunçusu Tomas Partey Qanada ilin futbolçusu seçilib.
"Report" ESPN-ə istinadən xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçi Qananın paytaxtı Akkradadakı Marriott otelində keçirilən mərasimdə ən yaxşı futbolçu mükafatına sahib çıxıb.
O, bu nominasiyada İngiltərənin "Suonsi Siti" klubunun futbolçusu Cordan Ayu və "Aston Villa"nın oyunçusu Albert Adomanı geridə qoyub.
Qeyd edək ki, Tomas Partey 2017-2018 mövsümündə "Atletiko"nun heyətində bütün turnirlər daxil olmaqla 50 matçda iştirak edib və 5 qol vurub. O, Çempionlar Liqasının qrup mərhələsində Madriddə "Qarabağ"la keçirilən qarşılaşmada da fərqlənib.
Son xəbərlər
07:49
ABŞ Prezidenti İran rəhbərliyi ilə əlaqə saxlayıb
Digər ölkələr07:15
ABŞ Kanada istehsalı olan təyyarələr üçün sertifikatları ləğv edib
Digər ölkələr06:45
Tramp Putinə müraciətindən sonra Ukraynaya qarşı hücumların dayandırıldığını bildirib
Digər ölkələr06:14
The Times: Britaniya SEPAH-ı qadağan olunmuş təşkilatlar siyahısına əlavə edəcək
Digər ölkələr05:51
Tramp Kubaya neft tədarük edən ölkələrin mallarına tarif tətbiq edəcək
Digər ölkələr05:17
ABŞ Hindistanın "Pax Silica" texnologiya alyansına qoşulacağını gözləyir
Digər ölkələr04:42
ABŞ Senatının komitəsi Rusiyanın "kölgə donanması"na sanksiyaların tətbiqini dəstəkləyib
Digər ölkələr04:15
Rusiya XİN: Ermənistanın Aİ-yə üzv olmaq marağı narahatlıq doğurmaya bilməz
Region03:50