Yuxarı

"Astana" klubunun futbolçusu Azərbaycan millisinə dəvət edilib

"Astana" klubunun futbolçusu Azərbaycan millisinə dəvət edilib

Bakı. 22 avqust. REPORT.AZ/ Əslən braziliyalı futbolçu Riçard Almeyda Qazaxıstan "Astana"sına keçdikdən sonra ilk dəfə Azərbaycan milli komandasına çağırılıb.

"Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, 29 yaşlı yarımmüdafiəçi UEFA Millətlər Liqasında Kosovo və Malta yığmalarına qarşı oyunlara çağırılıb.

Baş məşqçi Qurban Qurbanov hələlik sentyabrın 7-də evdə, sentyabrın 10-da isə səfərdə keçiriləcək görüşlər üçün heyəti açıqlamayıb. Bununla belə, artıq legionerlərə dəvət göndərilib.

Qeyd edək ki, Riçard Almeyda "Astana" ilə iyulun 4-də müqavilə bağlayıb. O, 2017-ci ildən çıxış etdiyi Azərbaycan yığmasında hələlik 8 oyun keçirib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi