"Astana" klubunun futbolçusu Azərbaycan millisinə dəvət edilib

"Astana" klubunun futbolçusu Azərbaycan millisinə dəvət edilib Bakı. 22 avqust. REPORT.AZ/ Əslən braziliyalı futbolçu Riçard Almeyda Qazaxıstan Astanasına keçdikdən sonra ilk dəfə Azərbaycan milli komandasına çağırılıb.
Futbol
22 Avqust , 2018 12:47
Astana klubunun futbolçusu Azərbaycan millisinə dəvət edilib

Bakı. 22 avqust. REPORT.AZ/ Əslən braziliyalı futbolçu Riçard Almeyda Qazaxıstan "Astana"sına keçdikdən sonra ilk dəfə Azərbaycan milli komandasına çağırılıb.

"Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, 29 yaşlı yarımmüdafiəçi UEFA Millətlər Liqasında Kosovo və Malta yığmalarına qarşı oyunlara çağırılıb.

Baş məşqçi Qurban Qurbanov hələlik sentyabrın 7-də evdə, sentyabrın 10-da isə səfərdə keçiriləcək görüşlər üçün heyəti açıqlamayıb. Bununla belə, artıq legionerlərə dəvət göndərilib.

Qeyd edək ki, Riçard Almeyda "Astana" ilə iyulun 4-də müqavilə bağlayıb. O, 2017-ci ildən çıxış etdiyi Azərbaycan yığmasında hələlik 8 oyun keçirib. 

Son xəbərlər

Orphus sistemi