Aleksandr Səmədov: “Bizi Bakıda möhtəşəm tədbir və oyun gözləyir”

Aleksandr Səmədov: “Bizi Bakıda möhtəşəm tədbir və oyun gözləyir” “Bakıda keçiriləcək Avropa Liqasının final oyunu idman dünyasında çox önəmli hadisədir. Şadam ki, beynəlxalq əhəmiyyətə malik idman bayramının iştirakçısı, həm də final matçının səfiriyəm.
Futbol
22 Aprel , 2019 12:00
Aleksandr Səmədov: “Bizi Bakıda möhtəşəm tədbir və oyun gözləyir”

“Bakıda keçiriləcək Avropa Liqasının final oyunu idman dünyasında çox önəmli hadisədir. Şadam ki, beynəlxalq əhəmiyyətə malik idman bayramının iştirakçısı, həm də final matçının səfiriyəm". 

Bunu Avropa Liqasının Bakıda keçiriləcək final matçının səfiri Aleksandr Səmədov Rusiyanın paytaxtı Moskvada kubokun təqdimat mərasimindən sonra “Report”un Moskva bürosuna acıqlamasında deyib. Hazırda "Krılya Sovetov"da çıxış edən Rusiya milli komandasının sabiq futbolçusu final matçını Azərbaycan üçün böyük hadisə adlandırıb. 35 yaşlı yarımmüdafiəçi həlledici qarşılaşmanın möhtəşəm alınacağına əminlik ifadə edib: “Bizi Bakıda möhtəşəm tədbir və möhtəşəm oyun gözləyir. Həmçinin, qeyd etmək istərdim ki, Azərbaycan futbolunun inkişafı, futbolun azarkeşlər tərəfindən sevilməsi baxımından bu matç həm Bakı, həm də Azərbaycan üçün böyük hadisədir".

Qeyd edək ki, mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək final matçı saat 23:00-da başlanacaq.

İqbal Rüstəmov

Son xəbərlər

Orphus sistemi