Ağdamın "Qarabağ" klubu Fransaya yola düşüb

Ağdamın "Qarabağ" klubu Fransaya yola düşüb Komanda Sent-Etyen şəhərinə tam heyətlə gedib
Futbol
25 Noyabr , 2014 19:43
Ağdamın Qarabağ klubu Fransaya yola düşüb

Bakı. 25 noyabr. REPORT.AZ/ Avropa Liqasının qrup mərhələsinin beşinci turunda Fransada "Sent-Etyen"in qonağı olacaq Ağdamın "Qarabağ" klubu bu gün Fransaya yola düşüb.

"Report" xəbər verir ki, "Qarabağ" Sent-Etyen şəhərinə tam heyətlə gedib. Zədə səbəbindən fransızlarla görüşdə oynamayacaq Çumbinyo, Danilo Dias və Reynaldo, o cümlədən komandaya gec qoşulduğuna görə Avroliqadan kənarda qalan Emeqara da komandanın üzvlərinə qoşulub.

Qeyd edək ki, noyabrın 27-də keçiriləcək "Sent-Etyen" - "Qarabağ" oyunu yerli vaxtla 21:05-də (Bakı vaxtı ilə noyabrın 28-də saat 00:05-də) başlayacaq.

Son xəbərlər

Orphus sistemi