Bakı. 25 noyabr. REPORT.AZ/ Avropa Liqasının qrup mərhələsinin beşinci turunda Fransada "Sent-Etyen"in qonağı olacaq Ağdamın "Qarabağ" klubu bu gün Fransaya yola düşüb.
"Report" xəbər verir ki, "Qarabağ" Sent-Etyen şəhərinə tam heyətlə gedib. Zədə səbəbindən fransızlarla görüşdə oynamayacaq Çumbinyo, Danilo Dias və Reynaldo, o cümlədən komandaya gec qoşulduğuna görə Avroliqadan kənarda qalan Emeqara da komandanın üzvlərinə qoşulub.
Qeyd edək ki, noyabrın 27-də keçiriləcək "Sent-Etyen" - "Qarabağ" oyunu yerli vaxtla 21:05-də (Bakı vaxtı ilə noyabrın 28-də saat 00:05-də) başlayacaq.