“Bulvar otel”də AFFA-nın İcraiyyə Komitəsinin yeni tərkibdə ilk iclası keçirilib.
"Report"un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, əvvəlcə AFFA-nın prezidenti
AFFA prezidenti İcraiyyə Komitəsinin üzvlərini təbrik edib və uğurlar arzulayıb.
Rövnəq Abdullayevin təklifinə əsasən, Rauf Əliyev,
İcraiyyə Komitəsi üzvlərinin məsul olduqları konkret istiqamətlər müəyyənləşdirilib:
İsgəndər Cavadov - Region futbolu
Kazbek Tuayev - Veteranlarla iş
Elxan Məmmədov - İcraçı vitse-prezident
Zaur Axundov - Futzal
Rauf Əliyev - Uşaq və gənclər futbolu
Vaqif Sadıqov - Məşqçi və klublarla iş
Elşad Nəsirov - Milli komandalarla iş
Fərid Mansurov - GİN ilə koordinasiya
Firudin Qurbanov - Tələbə futbolu
Mahir Məmmədov - Sahə FF ilə koordinasiya
Könül Mehdiyeva - Beynəlxalq əlaqələr
İclasda Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsinə namizədlərlə bağlı ətraflı fikir mübadiləsi aparılıb və məsələnin müzakirəsinin İcraiyyə Komitəsinin növbəti iclasında davam etdirilməsi qərara alınıb.
İcraiyyə Komitəsinin iclasında müzakirə olunan sonuncu məsələ e-Milli komandanın yaradılması barədə olub. İK üzvləri bu məsələyə müsbət münasibət bildiriblər.