Yuxarı

AFFA rəhbərliyi UEFA-nın iclasında iştirak edib

Canni İnfantino seçki proqramını tədbir iştirakçılarının diqqətinə çatdırıb

Bakı. 22 yanvar. REPORT.AZ/ Bu gün UEFA-nın mənzil qərargahının yerləşdiyi İsveçrənin Nyon şəhərində Avropa futbol təşkilatının üzvü olan 54 milli assosiasiyanın prezident və baş katiblərinin iştirakı ilə informasiya mübadiləsi xarakteri daşıyan iclas keçirilib. "Report"un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, iclasda federasiyanın prezidenti Rövnəq Abdullayev, vitse-prezident Elşad Nəsirov və baş katib Elxan Məmmədov iştirak edib.

Toplantıda UEFA-nın İcraiyyə Komitəsində qəbul olunan yeni qərarlarla bağlı milli assosiasiyaların nümayəndələrinə məlumat verilib. FIFA prezidenti vəzifəsinə namizəd Canni İnfantino seçki proqramını tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi