Yuxarı
    Bağlamaq

    AFFA-nın İcraiyyə Komitəsinin iclası başlayıb - FOTO

    İclas milli komandaların Mərdəkən qəsəbəsində yerləşən təlim-məşq bazasında keçirilir

    Bakı. 29 avqust. REPORT.AZ/ Bu gün AFFA-nın İcraiyyə Komitəsinin iclası başlayıb. 

    "Report"un məlumatına görə, iclas milli komandaların Mərdəkən qəsəbəsində yerləşən təlim-məşq bazasında keçirilir.

    İclasda AFFA prezidenti Rövnəq Abdullayev, baş katib Elxan Məmmədov, Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev, AFFA Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov, xarici işlər naziri Elmar Məmmədyarov, "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov, "Azərikimya" İstehsalat Birliyinin Müşahidə Şurasının sədri Muxtar Babayev, eləcə də İcraiyyə Komitəsinin üzvü İsgəndər Cavadov iştirak edirlər.

    İclasdan sonra Komitə üzvləri Azərbaycan milli komandasının "Dalğa Arena"da keçiriləcək məşqini izləyəcəklər.

    FOTO: Firi Salim

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi