AFFA İntizam Komitəsi danışılmış oyunlarda iştirak edənləri cəzalandırıb - SİYAHI

Futbol
  • 13 dekabr, 2019
  • 12:40
AFFA İntizam Komitəsi danışılmış oyunlarda iştirak edənləri cəzalandırıb - SİYAHI

Azərbaycan I Divizionunda çıxış edən “Ağsu”, “Turan Tovuz” və “Zirə-2” komandalarının üst-üstə 22 futbolçusu cəzalandırılıb. 

"Report"un milli assosiasiyanın rəsmi saytına istinadən verdiyi məlumata görə, bu barədə AFFA İntizam Komitəsi qərar qəbul edib.

Onlardan 14-ü "Ağsu"nun, 7-si "Turan"ın, 1-i isə "Zirə-2"nin üzvüdür. Daha 3 şəxs isə "Ağsu"nun icraçı direktoru Rəşad Kərimov, qapıçılar üzrə məşqçi Kənan Bayramov və klubun işçisi Ənvər Hacıyevdir. 

Komandaların bir neçə oyununda qeydə alınmış şübhəli məqamlarla əlaqədar AFFA-nın nəzdində fəaliyyət göstərən danışılmış oyunlarla bağlı xüsusi komissiyanın və ekspertlərin apardığı araşdırma, həmçinin UEFA-dan AFFA-ya daxil olan məlumatlara əsasən, klubların adları göstərilən futbolçularının, futbol funksionerlərinin, o cümlədən futbolda hər hansı fəaliyyəti olmayan şəxslərin nəticəsi manipulyasiya olunmuş oyunlarda iştirakı müəyyən olunub. 

Komissiyanın və ekspertlərin rəyi, UEFA-nın məlumat və hesabatları nəzərə alınaraq aşağıda adları göstərilən şəxslərin futbolla bağlı bütün növ fəaliyyətlərinə qadağa qoyulub:

“Turan Tovuz”

  1. Qocayev Sənan – futbolçu
  2. Rüstəmov Misir – futbolçu
  3. Bağırov Emin – futbolçu
  4. Sadıqov İlkin – futbolçu
  5. Məmmədov Rüfət – futbolçu
  6. Tağıyev Eltay – futbolçu
  7. Quluzadə Şahin – futbolçu

“Ağsu”

  1. Kərimov Rəşad – icraçı direktor
  2. Bayramov Kənan – qapıçılar üzrə məşqçi
  3. Hacıyev Ənvər – klubun işçisi
  4. Əliyev Ramil – futbolçu
  5. İbrahimov Vüsal – futbolçu
  6. Əmrahov Qalib – futbolçu
  7. Əliyev Elçin – futbolçu
  8. Əliyev Məhəmməd – futbolçu
  9. Həşənov Şamo – futbolçu
  10. Mirzalıyev Ruslan – futbolçu
  11. Quliyev Orxan – futbolçu
  12. Rəhimov Fərrux – futbolçu
  13. Həşimov Elçin – futbolçu
  14. Babayev Malik – futbolçu
  15. Kərimov Ramil – futbolçu
  16. Mustafayev Vüsal – futbolçu
  17. Məmmədov Kənan – futbolçu

“Zirə-2”

  1. Əliyev Səbuhi – futbolçu

Məsələ ilə əlaqədar hüquq-mühafizə orqanları tərəfindən müvafiq qaydada araşdırma davam etdiyi üçün İntizam Komitəsi tərəfindən növbəti qərarlar qəbul oluna bilər.
Barəsində sanksiya qərarı qəbul olunmuş şəxslərin Apelyasiya Arbitraj Tribunalına müraciət etmək hüququ var.