Yuxarı
    Bağlamaq

    AFFA Çempionlar Liqasının final matçının Bakıda keçirmək istəyi ilə UEFA-ya müraciət edib

    Bakı Olimpiya Stadionu təklif olunub

    Bakı. 3 fevral. REPORT.AZ/ AFFA 2019-cu ildə keçiriləcək Çempionlar Liqası və Avropa Liqası turnirlərinin final oyununun təşkili ilə bağlı namizədliyini irəli sürüb.

    "Report"un məlumatına görə, AFFA UEFA-ya müraciətində qeyd olunan turnirlərin həlledici qarşılaşmasının keçirilməsi üçün Bakı Olimpiya Stadionunu təklif edib. 

    Hər iki oyunun keçirilməsi üçün namizədliyi irəli sürmüş bütün stadionlar isə bunlardır:

    Çempionlar Liqası
    Azərbaycan – Bakı – Bakı Olimpiya Stadionu
    İspaniya – Madrid – Estadio Metropolitano

    UEFA Avropa Liqası
    Azərbaycan – Bakı – Bakı Olimpiya Stadionu
    Gürcüstan – Tbilisi – Dinamo Arena
    Almaniya – Frankfurt – Frankfurt Stadion
    Almaniya – Ştutqart – Arena Stuttgart
    Şotlandiya – Qlazqo – Hampden Park
    İspaniya – Sevilya - Estadio Ramon Sanchez Pizjuan
    Türkiyə - İstanbul – Beşiktaş Arena

    Qeyd edək ki, UEFA-nın İcraiyyə Komitəsi hər iki turnirin final oyununun keçiriləcəyi stadionlarla bağlı qərarı bu ilin sentyabrında qəbul edəcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi