AFFA Çempionlar Liqasının final matçının Bakıda keçirmək istəyi ilə UEFA-ya müraciət edib

AFFA Çempionlar Liqasının final matçının Bakıda keçirmək istəyi ilə UEFA-ya müraciət edib Bakı Olimpiya Stadionu təklif olunub
Futbol
3 Fevral , 2017 15:39
AFFA Çempionlar Liqasının final matçının Bakıda keçirmək istəyi ilə UEFA-ya müraciət edib

Bakı. 3 fevral. REPORT.AZ/ AFFA 2019-cu ildə keçiriləcək Çempionlar Liqası və Avropa Liqası turnirlərinin final oyununun təşkili ilə bağlı namizədliyini irəli sürüb.

"Report"un məlumatına görə, AFFA UEFA-ya müraciətində qeyd olunan turnirlərin həlledici qarşılaşmasının keçirilməsi üçün Bakı Olimpiya Stadionunu təklif edib. 

Hər iki oyunun keçirilməsi üçün namizədliyi irəli sürmüş bütün stadionlar isə bunlardır:

Çempionlar Liqası
Azərbaycan – Bakı – Bakı Olimpiya Stadionu
İspaniya – Madrid – Estadio Metropolitano

UEFA Avropa Liqası
Azərbaycan – Bakı – Bakı Olimpiya Stadionu
Gürcüstan – Tbilisi – Dinamo Arena
Almaniya – Frankfurt – Frankfurt Stadion
Almaniya – Ştutqart – Arena Stuttgart
Şotlandiya – Qlazqo – Hampden Park
İspaniya – Sevilya - Estadio Ramon Sanchez Pizjuan
Türkiyə - İstanbul – Beşiktaş Arena

Qeyd edək ki, UEFA-nın İcraiyyə Komitəsi hər iki turnirin final oyununun keçiriləcəyi stadionlarla bağlı qərarı bu ilin sentyabrında qəbul edəcək.

Son xəbərlər

Orphus sistemi