ABŞ millisinin futbolçuları federasiyadan 66 milyon dollar tələb edirlər
Futbol
- 22 fevral, 2020
- 05:55
ABŞ-ın qadınlardan ibarət milli komandasının üzvləri ölkənin futbol federasiyasından 66 milyon dollar tələb edirlər.
"Report" AP-yə istinadən xəbər verir ki, yığma federasiyanı gender bərabərsizliyində günahlandırır. Bildirilib ki, təsdiqləyici sənədlər artıq Los-Ancelesdəki məhkəməyə təqdim olunub. Məhkəmə prosesi mayın 5-də başlayacaq.
Futbolçular ötən ilin martında federasiyanı məhkəməyə verərək onları cinsi ayrı-seçkilikdə ittiham ediblər. İdmançılar bunun təkcə maaşlarına deyil, harada və necə oynadıqlarına, tibbi yardım almalarına, həmçinin matçlara necə getdiklərinə də təsir etdiyini iddia edirlər.
Qeyd edək ki, ötən il qadınlardan ibarət ABŞ millisi Hollandiyanı 2:0 hesabı ilə məğlub edərək 4-cü dəfə dünya çempionu olub.
Son xəbərlər
23:01
Naxçıvanın builki xərclərinin strukturu açıqlanıb
Digər22:43
"Marinera" gəmisinin heyəti ABŞ sanksiyalarını pozduğuna görə məhkəmə qarşısına çıxarılacaq
Digər ölkələr22:41
KİV: Balotelli karyerasını BƏƏ-nin ikinci divizionunda davam etdirəcək
Futbol22:33
Koşta: Danimarka və Qrenlandiyanın razılığı olmadan heç bir qərar qəbul edilə bilməz
Digər ölkələr22:23
Foto
Duman səbəbindən Bakının bir sıra yollarında sürət həddi endirilib
İnfrastruktur22:15
"Neftçi"nin məşqçilər heyətinə yeni təyinatlar olub
Futbol22:11
Zelenski: Ukraynanın Aİ-yə qoşulmasının sürətləndirilməsi üçün Kiprin dəstəyinə ümid edirik
Digər ölkələr21:56
Salyanda mikroavtobus minik avtomobili ilə toqquşub, doqquz nəfər xəsarət alıb
Hadisə21:51
Foto
Video