İspaniya La Liqasında çıxış edən klubun 7 futbolçusu oyunu verməkdə şübhəli bilinir
Futbol
- 04 iyun, 2019
- 08:19
İspaniya polisi La Liqanın sonuncu turunun "Valyadolid" - "Valensiya" oyunu ilə bağlı araşdırma aparır.
"Report"un "El Mundo"ya istinadən məlumatına görə, meydan sahiblərinin 7 futbolçusunun oyunu verməkdə şübhəli bilinir.
Futbolçuların "Valyadolid"in hər iki hissədə məğlubiyyətinə pul qoyuluşu etdikləri və 10 min avro məbləğində mərc etdikləri bildirilib. Əvəzində onlar 2 dəfə çox qazanıblar.
Qeyd edək ki, qarşılaşma "Valensiya"nın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. "Yarasalar" bu nəticədən sonra Çempionlar Liqasına vəsiqə qazanıb. "Valyadolid" isə bu görüşədək 41 xalla La Liqada qalmağı bacarıb.
Son xəbərlər
11:15
Böyük Britaniyada rezident-həkimlərin 6 günlük tətili başlayıb
Digər ölkələr11:15
"Araz-Naxçıvan"ın məşqçisi Rikkardo De Vivo: "İtaliya millisi hələ də tarixi və nüfuzu ilə yaşayır"
Futbol11:13
Kaxa Kaladze: Azərbaycanla dostluq və sülhün alternativi yoxdur
Region11:10
Qusarda növbəti Səyyar ASAN xidmət fəaliyyətə başlayıb
Daxili siyasət11:09
Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin yeni tədris dalğasına qeydiyyat başladı
İKT11:02
Deputat: "Azərbaycan ticarət-iqtisadi əlaqələrin stimullaşdırılmasına geniş imkanlar yaradır"
Biznes11:02
AZAL 34 yaşını qeyd edir
İnfrastruktur11:00
Foto
Bakıda inklüziv model: "Kashalata" kafesi necə fərq yaradır? - REPORTAJ
Biznes10:59