Azərbaycan yığmasının İsveçrə ilə səfər oyununun yeri və saatı müəyyənləşib
Futbol
- 24 yanvar, 2020
- 07:03
21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının Avropa çempionatında keçirəcəyi növbəti seçmə oyunun yeri və başlama saatı müəyyənləşib.
"Report"un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, İsveçrə ilə səfər qarşılaşması martın 26-da Syon şəhərindəki “Stade de Tourbilion”da təşkil olunacaq. Qarşılaşma yerli vaxtla saat 19:00-da (Bakı vaxtı ilə saat 22:00-da) başlayacaq.
Qeyd edək ki, İsveçrə millisi 4 oyundan 12 xalla 2-ci qrupun lideri, 6 matçda 6 xal toplayan Azərbaycan yığması 5-ci yerdə gedir. Bu komandalar arasında 2019-cu il oktyabrın 15-də Sumqayıtdakı "Kapital Bank Arena"da keçirilmiş görüş qonaqların qələbəsi ilə yekunlaşıb - 1:0.
Son xəbərlər
12:07
Enerji Effektivliyi İnformasiya Sisteminin yaradılması üçüncü oxunuşda qəbul edilib
Energetika12:06
"Daxili qoşunlar haqqında" qanun layihəsi son oxunuşda qəbul edilib
Milli Məclis12:05
Foto
Zakir Həsənov: NATO-nun dünyada sülhün və təhlükəsizliyin təmin olunmasında rolu yüksəkdir
Hərbi12:05
Azərbaycanın "Əməkdar məşqçi"si vəfat edib
Fərdi12:02
Azər Əmiraslanov: "Azərbaycan tarixində tamamilə yeni mərhələyə qədəm qoyur"
Biznes12:02
Nazir müavini: Hazırda mədəni irsin süni intellektlə analizi həyata keçirilir
Mədəniyyət siyasəti12:01
Naxçıvan Ali Məhkəməsinə yeni hakim təyin olunub
Milli Məclis11:56
Zelenski Roma Papası ilə görüşəcək
Region11:56
Foto