Azərbaycan yığmasının İsveçrə ilə səfər oyununun yeri və saatı müəyyənləşib

Azərbaycan yığmasının İsveçrə ilə səfər oyununun yeri və saatı müəyyənləşib 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının Avropa çempionatında keçirəcəyi növbəti seçmə oyunun yeri və başlama saatı müəyyənləşib.
Futbol
24 Yanvar , 2020 11:03
Azərbaycan yığmasının İsveçrə ilə səfər oyununun yeri və saatı müəyyənləşib

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının Avropa çempionatında keçirəcəyi növbəti seçmə oyunun yeri və başlama saatı müəyyənləşib.

"Report"un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, İsveçrə ilə səfər qarşılaşması martın 26-da Syon şəhərindəki “Stade de Tourbilion”da təşkil olunacaq. Qarşılaşma yerli vaxtla saat 19:00-da (Bakı vaxtı ilə saat 22:00-da) başlayacaq.

Qeyd edək ki, İsveçrə millisi 4 oyundan 12 xalla 2-ci qrupun lideri, 6 matçda 6 xal toplayan Azərbaycan yığması 5-ci yerdə gedir. Bu komandalar arasında 2019-cu il oktyabrın 15-də Sumqayıtdakı "Kapital Bank Arena"da keçirilmiş görüş qonaqların qələbəsi ilə yekunlaşıb - 1:0.

Son xəbərlər

Orphus sistemi