Zlatan İbrahimoviç UEFA Millətlər Liqasında oynamaqdan imtina edib

Zlatan İbrahimoviç UEFA Millətlər Liqasında oynamaqdan imtina edib İtaliyanın "Milan" klubunda çıxış edən İsveç yığmasının futbolçusu Zlatan İbrahimoviç UEFA Millətlər Liqasının matçlarında oynamaq istəməyib.
Futbol
19 May , 2022 12:55
Zlatan İbrahimoviç UEFA Millətlər Liqasında oynamaqdan imtina edib

İtaliyanın "Milan" klubunda çıxış edən İsveç yığmasının futbolçusu Zlatan İbrahimoviç UEFA Millətlər Liqasının matçlarında oynamaq istəməyib.

"Report" "Football Italia" nəşrinə istinadən xəbər verir ki, 41 yaşlı hücumçu milli komandadan göndərilmiş dəvətdən imtina edib.

Təcrübəli forvard karyerasını başa vurmasa da, fiziki formasında problem yaşadığı mövsümdən sonra fasilə vermək qərarına gəlib.

Qeyd edək ki, "Milan" sona bir tur qalmış A Seriyasında 83 xalla liderdir. İkinci sıradakı "İnter"in 81 xalı var. İbrahimoviçin klubla müqaviləsi yayda başa çatacaq. İsveç millisi Millətlər Liqasında mübarizəyə iyunun 2-də Sloveniya səfərində başlayacaq. Komanda iyunun 5-də və 12-də Norveçlə, iyunun 9-da Serbiya ilə üz-üzə gələcək.

Son xəbərlər

Orphus sistemi