İbrahimoviç koronavirusa yoluxdu

İbrahimoviç koronavirusa yoluxdu İtaliyanın "Milan" klubunun futbolçusu Zlatan İbrahimoviçdə koronavirus aşkarlanıb.
Futbol
24 Sentyabr , 2020 17:08
İbrahimoviç koronavirusa yoluxdu
Zlatan İbrahimoviç

İtaliyanın "Milan" klubunun futbolçusu Zlatan İbrahimoviçdə koronavirus aşkarlanıb. 

"Report" "Corriere della Sera"ya istinadən xəbər verir ki, 39 yaşlı təcrübəli futbolçunun testi müsbət nəticələnib. 

İsveçli forvard karantinə alınıb. Təcrübəli oyunçu bu gün Norveç "Bodo Qlimt"i ilə Avropa Liqasının III təsnifat mərhələsinin qarşılaşmasını buraxacaq. Xəbəri "Milan" klubu rəsmən təsdiqləyib. 

Ötən gün komandanın braziliyalı müdafiəçisi Duartenin koronavirusa yoluxduğu üzə çıxıb. Bundan sonra bütün kollektivin test verməsi qərara alınıb. 

Qeyd edək ki, "San Siro" stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 22:30-da başlanacaq. Bu mövsüm Zlatan İbrahimoviç "Milan"ın heyətində 2 oyuna 3 qol vurub. 

Son xəbərlər

Orphus sistemi