"Zirə" Zaur Həşimovla yollarını ayırdı

"Zirə" Zaur Həşimovla yollarını ayırdı
Futbol
278
30 İyun , 2020 16:37
Zirə Zaur Həşimovla yollarını ayırdı

"Zirə" klubu baş məşqçisi Zaur Həşimovla yollarını ayırıb. 

"Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, klub rəhbərliyi və baş məşqçi Zaur Həşimov arasında görüş keçirilib.

Görüş zamanı keçirilən oyunlar və bir çox başqa məsələlər müzakirə olunub. Sonda tərəflər əməkdaşlığın yekunlaşdırılmasına dair qərar qəbul ediblər.⁣⁣

"Zirə" klubu Həşimova göstərdiyi xidmətə görə təşəkkür edib və ona gələcək karyerasında uğurlar arzulayıb.