“Zirə” və “Keşlə” komandaları arasında keçiriləcək oyunun stadionu dəyişdirilib

“Zirə” və “Keşlə” komandaları arasında keçiriləcək oyunun stadionu dəyişdirilib Bakı. 15 avqust. REPORT.AZ/ Azərbaycan Premyer Liqasının II turunun “Zirə” – “Keşlə” görüşünün yeri dəyişdirilib.
Futbol
15 Avqust , 2018 13:20
“Zirə” və “Keşlə” komandaları arasında keçiriləcək oyunun stadionu dəyişdirilib

Bakı. 15 avqust. REPORT.AZ/ Azərbaycan Premyer Liqasının II turunun “Zirə” – “Keşlə” görüşünün yeri dəyişdirilib.

“Report” Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, əvvəlcədən “Dalğa Arena”ya təyin edilən görüş “AZAL Arena”da reallaşacaq.

“Dalğa Arena”nın ot örtüyünün yüklənməsinin qarşısını almaq, milli komandaların qarşıdakı oyunlarını, “Zirə”nin müraciətini və “Keşlə”nin razılığını rəhbər tutan PFL matçın yerinin dəyişdirilməsinə qərar verib.

Qeyd edək ki, avqust 18-də keçiriləcək oyun saat 20:30-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi