Bakı. 8 avqust. REPORT.AZ/ Azərbaycan Premyer Liqasının I turu çərçivəsində keçiriləcək “Zirə” – “Səbail” oyununun başlama saatı müəyyənləşib.
“Report”un məlumatına görə, avqustun 13-də Zirə İdman Kompleksinin stadionunda baş tutacaq matç saat 19:00-da start götürəcək.
Qeyd edək ki, Azərbaycan Premyer Liqasında 2017/2018 mövsümünün açılış oyunu avqustun 11-də "Neftçi" və "Qarabağ" komandaları arasında keçiriləcək. “Bakcell Arena”da reallaşacaq qarşılaşma saat 21:00-da başlayacaq.
Avqustun 12-də keçiriləcək “İnter” – “Qəbələ” və ertəsi günə təyin edilən “Sumqayıt” – “Kəpəz” oyunlarının başlama saatları isə hələlik açıqlanmayıb.