"Zirə"nin yeni transferi: "Bu komandaya keçdiyimə görə şadam"

"Zirə"nin yeni transferi: "Bu komandaya keçdiyimə görə şadam" "Bu komanda ilə müqavilə bağladığıma görə şadam".
Futbol
17 İyun , 2022 20:41
Zirənin yeni transferi: Bu komandaya keçdiyimə görə şadam

"Bu komanda ilə müqavilə bağladığıma görə şadam".

"Report"un məlumatına görə, bunu "Zirə"nin yeni transferi Rəhim Sadıxov keçidi ilə bağlı klubun rəsmi saytına açıqlamasında deyib.

Azərbaycan millisinin 26 yaşlı yarımmüdafiəçisi bildirib ki, qarşıda onları çox məsul oyunlar gözləyir: "Əlimdən gələni edəcəyəm ki, həm özüm, həm də komandam uğur qazansın. Daha yaxşı nəticələr əldə etmək üçün var gücümlə çalışacağam".

Qeyd edək ki, "Zirə" Rəhim Sadıxovla 2 illik müqavilə imzalayıb.

Son xəbərlər

Orphus sistemi