"Zirə"nin məşqçisi: "Nəyin hesabına olursa-olsun, qələbə qazanmalı idik"

"Zirə"nin məşqçisi: "Nəyin hesabına olursa-olsun, qələbə qazanmalı idik" Bakı. 5 may. REPORT.AZ/ Zirənin məşqçisi Elnur Çodarov Azərbaycan Premyer Liqasının XXVI turunda Səbaili səfərdə 1:0 hesabı ilə məğlub etdikləri oyundan sonra mətbuat konfransı keçirib.
Futbol
5 May , 2018 20:25
Zirənin məşqçisi: Nəyin hesabına olursa-olsun, qələbə qazanmalı idik

Bakı. 5 may. REPORT.AZ/ "Zirə"nin məşqçisi Elnur Çodarov Azərbaycan Premyer Liqasının XXVI turunda "Səbail"i səfərdə 1:0 hesabı ilə məğlub etdikləri oyundan sonra mətbuat konfransı keçirib.

"Report" xəbər verir ki, cəzalı baş məşqçi Ayxan Abbasovu əvəzləyən gənc mütəxəssis öncə matçı dəyərləndirib.

- Rəqibi təhlil etmişdik. Bilirdik ki, bizi çətin oyun gözləyir. Samir Əliyevin komandasının çox əzmkar olduğu göz qabağındadır. Baş məşqçinin işi görünür. Samir müəllim qış fasiləsindən sonra daha yaxşı komanda formalaşdırıb. Buna görə onu təbrik edirəm. 

Bizə gəlincə, nəyin hesabına olursa-olsun, qələbə qazanmalı idik. Qələbədə əzmkarlıq, ruh yüksəkliyi həlledici oldu. Rəhbərliyə təşəkkür edirik ki, arxamızda dayanıblar. Qalan oyunlarımız finala bərabərdir. Beşinci yeri təmin etmişik. Qalan 2 oyunu da udacağımıza ümid edirik.

- Son 2 görüşdə komandanızın oyununda dəyişiklik hiss olunur. Bu, nəyin hesabınadır?

- Əlbəttə, itkilərimiz var. Elə olub ki, yanvardan sonra 9 - 10 futbolçumuz olmayıb. Bu gün iki mərkəz müdafiəçimiz yox idi. Məcburiyyətdən Vüqar Mustafayevi arxada oynatdıq.

- "Zirə" bu il ilk qələbəsini qazandı. Maraqlıdır, qələbə hissini yaddan çıxarmışdınız?

- Yox, sadəcə, çoxdandır hiss etmirdik. Doğrudan da qələbə şirin şeydir. Ayxan müəllim də bunu oyundan sonra vurğuladı.

- Vüsal İsgəndərliyə tez-tez xəbərdarlıq edirdiniz. Bunun səbəbi nədir?

- Vüsalın 3 sarı vərəqəsi vardı. Ona deyirdik ki, 4-cünü alıb cəzalı duruma düşməsin. Vüsalı itirmək istəmirdik.

- Qış fasiləsinədək olan "Səbail"i indiki komandayla necə müqayisə edərdiniz?

- Müqayisə etmək istəmirəm. O vaxt başqa sistem idi, indi başqa. Üstəlik, heyətdə dəyişikliklər olub, yeni futbolçular gəlib. Yaxşı təcrübə qazandıq. Komandanı formalaşdırmaq üçün yaxşı yol qət etdik. Gələcək planlarımız iki turdan sonra bilinəcək.

Son xəbərlər

Orphus sistemi