"Zirə"nin hücumçusu: "Azərbaycan Kubokunu qazanmağımız realdır" - MÜSAHİBƏ

"Zirə"nin hücumçusu: "Azərbaycan Kubokunu qazanmağımız realdır" - MÜSAHİBƏ Bakı. 19 dekabr. REPORT.AZ/ Zirənin hücumçusu Aleksandr Dedov Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab oyununda Səbaili 3:2 hesabı ilə məğlub etdikləri oyundan sonra brifinq keçirib. Hücumçu Reportun əməkdaşının da suallarını cavablandırıb.
Futbol
19 Dekabr , 2018 18:52
Zirənin hücumçusu: Azərbaycan Kubokunu qazanmağımız realdır - MÜSAHİBƏ

Bakı. 19 dekabr. REPORT.AZ/ "Zirə"nin hücumçusu Aleksandr Dedov Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab oyununda "Səbail"i 3:2 hesabı ilə məğlub etdikləri oyundan sonra brifinq keçirib. Hücumçu "Report"un əməkdaşının da suallarını cavablandırıb.

- Oyunu özünüz üçün necə dəyərləndirirsiniz? 

- Oyun bizim üçün çətin alındı. Çünki erkən qol buraxdıq. Amma düşünürəm ki, bu, bizi daha da motivasiya etdi. Qalib gəlmək istəyirdik.

- Buraxılan qoldan sonra sanki daha yaxşı oynamağa başladınız... 

- Çünki qalib gəlmək istəyirdik. 0:0 və ya 1:1 haqqında düşünmürdük. Məqsədimiz qələbə idi. Hamı işinin öhdəsindən yaxşı gəldi. Komandanı təbrik edirəm.

- Mükafat olacaq? 

- Hələ heç kim heç nə açıqlamayıb. Klub prezidentindən soruşun, mənim özümə də maraqlıdır.

- Hər oyun, demək olar ki, Samir Abasov daha çox sənə qışqırır. Bu, səni narahat edir? 

- Abasov öz göstərişlərini verir. Onun göstərişləri mənə kömək olur. Baş məşqçi nəyisə deyəndə, bu, yaxşıdır, məni daha motivasiyalı edir. O, düzgün edir, mən də dediklərini 100 faiz yerinə yetirməyə çalışıram.

- Yarımfinalda hansı rəqibi gözləyirsiniz? 

- Mənim üçün fərqi yoxdur. Həm "Neftçi", həm də "Sumqayıt" yaxşı komandadır.

- Builki çıxışınızı necə dəyərləndirirsiniz? 

- İli yaxşı keçirmədik. Hazırda liqada son pillədəyik. İndi hamı istirahət edəcək. Hər şeyi daha düzgün etməyə hazırlaşacağıq. Məqsədimiz avrokuboklara yollanmaqdır.

- Komandadan ayrılacağınla bağlı söz-söhbət gedir. Bu, doğrudurmu? 

- Hələ təklifim yoxdur. Olsa, danışacağıq. Gələn ilin may ayına qədər müqaviləm var.

- Kuboku götürməyiniz realdır? 

- Biz indi yarımfinaldayıq. Finala çıxmaq üçün yarımfinalı keçməliyik. Yarımfinalda hələ iki oyunumuz var. Ancaq istənilən halda, kuboku götürməyimiz realdır.

Son xəbərlər

Orphus sistemi