"Zirə"nin futbolçusu Azərbaycan yığmasından kənarlaşdırılıb

"Zirə"nin futbolçusu Azərbaycan yığmasından kənarlaşdırılıb Adil Nağıyevin oyunu baş məşqçini qane etməyib
Futbol
3 Sentyabr , 2016 17:00
Zirənin futbolçusu Azərbaycan yığmasından kənarlaşdırılıb

Bakı. 3 sentyabr. REPORT.AZ/ "Zirə" klubunun müdafiəçisi Adil Nağıyev Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət milli komandasının heyətindən kənarlaşdırılıb. "Report"un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, bu barədə yığmanın baş məşqçisi Yaşar Vahabzadə qərar qəbul edib. 

Komanda üzvləri avqustun 24-dən Bakıda təlim-məşq toplanışındadırlar. Hazırlıq prosesi ərzində keçirilən 2 yoxlama oyununda Nağıyev imkanlarından aşağı səviyyədə çıxış edib. Nəticədə Vahabzadə onu yığmanın toplanışından klubunun düşərgəsinə göndərib.

Qeyd edək ki, Azərbaycan millisi sentyabrın 6-da Farer adaları yığması ilə Avropa çempionatının seçmə qrup matçında üz-üzə gələcək. Bakının Mərdəkan qəsəbəsindəki "Dalğa Arena"da keçiriləcək görüş saat 18:00-da başlanacaq.  

Son xəbərlər

Orphus sistemi