Azərbaycanın 21 yaşadək (U-21) futbolçulardan ibarət milli komandası yoldaşlıq oyunu keçirəcək.
"Report" AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, U-21 iyunun 7-də səfərdə slovakiyalı həmyaşıdları ilə qarşılaşacaq.
Senec şəhərində yerləşən Təlim-Məşq Mərkəzində keçiriləcək görüş Bakı vaxtı ilə saat 20:30-da başlayacaq.