“Zirə”nin futbolçusu Ruan Renato Azərbaycan çempionatlarında 100-cü oyununu keçirib.
"Report" Peşəkar Futbol Lqasının mətbuat xidmətinə istinadən xəbər veriir ki, 30 yaşlı braziliyalı müdafiəçinin yubileyi Azərbaycan Premyer Liqasının IX turuna təsadüf edib.
R.Renato “Turan Tovuz”la səfər matçına start heyətində çıxıb. O, Premyer Liqada keçirdiyi 100 oyunda 5 qol vurub.
Futbolçu Azərbaycanda iki komandada forma geyinib. “Qəbələ”də 59 görüşdə 4 qola sevinən müdafiəçi “Zirə”də keçirdiyi 41 qarşılaşmada 1 dəfə fərqlənib.
Onun debütü 2021/2022 mövsümünə təsadüf edib. Renato 2021-ci il avqustun 15-də “Neftçi” – “Qəbələ” oyununda (2:2) meydana çıxıb.
Qeyd edək ki, “Turan Tovuz” – “Zirə” görüşündə meydan sahibləri 1:0 hesablı qələbə qazanıblar.