"Zirə" klubuna texniki məğlubiyyət verilib

"Zirə" klubuna texniki məğlubiyyət verilib İki futbolçu isə bir oyunluq cəzalanıb
Futbol
118
18 Sentyabr , 2018 13:03
Zirə klubuna texniki məğlubiyyət verilib
0 : 00
0 : 00

Bakı. 18 sentyabr. REPORT.AZ/ AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. 

"Report"un məlumatına görə, toplantıda Azərbaycan Premyer Liqasının IV turunun oyunları ilə bağlı qərarlar qəbul olunub. 

"Səbail"lə qarşılaşmada 4 futbolçusunun sarı vərəqə alması ilə əlaqədar "Zirə"yə 800 manat cərimə kəsilib. Bundan başqa, matçın nəticəsi "Zirə”nin limiti pozması səbəbindən ləğv olunub və kluba 0:3 hesablı texniki məğlubiyyət verilib. Turnirin reqlamentinə əsasən, protokola 1998-ci il və ya daha gənc təvəllüdlü futbolçu daxil edilməli idi. “Zirə” isə protokola 1998-ci il və ya daha gənc təvəllüdlü futbolçu qeyd etməyib. 

“Qarabağ”la səfər oyununun 70-ci dəqiqəsində “Sumqayıt”ın futbolçusu Yusif Nəbiyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klub 200 manat cərimə olunub. Qonaq komanda matç başa çatdıqdan sonra azarkeşlərinin meydana kənar əşyalar atması səbəbindən daha 1600 manat ziyana düşüb. 

"Qəbələ" ilə ev oyununun 75-ci dəqiqəsində isə “Sabah”ın futbolçusu Məqsəd İsayev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klub 200 manat cərimə olunub.

Son xəbərlər

Orphus sistemi