"Zirə" klubu haitili futbolçusu ilə yollarını ayırıb

"Zirə" klubu haitili futbolçusu ilə yollarını ayırıb Kervan Belfor Hindistanın "Jamşedpur" klubuna keçib
Futbol
8 Sentyabr , 2017 16:21
Zirə klubu haitili futbolçusu ilə yollarını ayırıb

Bakı. 8 sentyabr. REPORT.AZ/ "Zirə" klubu futbolçusu Kervan Belforla yollarını ayırıb. Bu barədə “Report”a paytaxt komandasının baş məşqçisi Ayxan Abbasov məlumat verib.

25 yaşlı hücumçu Azərbaycan Premyer Liqasında IV turun “Qəbələ” ilə oyunu üçün səfərə aparılmayıb. A.Abbasov vidalaşdıqları haitili futbolçunun bir illik müqavilə imzaladığı Hindistanın "Jamşedpur" klubunun düşərgəsinə yaxın günlərdə yollanacağını bildirib.

Qeyd edək ki, Kervan Belfor "Zirə"də iyunun 16-dan çıxış edir. O, həmin vaxt 1+1 illik sözləşməyə imza atıb. Haiti millisinin futbolçusu Azərbaycan klubunun heyətində Avropa Liqası matçlarında da iştirak edib və 1 qol vurub. Belfor Azərbaycan Premyer Liqasının ilk iki turunda meydana çıxsa da, “Sumqayıt”la son görüşdə ehtiyatda qalıb.

Son xəbərlər

Orphus sistemi