"Zirə" "Keşlə"dən ayrılan futbolçunu heyətinə cəlb etmək istəyir

"Zirə" "Keşlə"dən ayrılan futbolçunu heyətinə cəlb etmək istəyir Bakı. 4 sentyabr. REPORT.AZ/ Zirə klubu Keşlədən ayrılan futbolçu Adrian Skarlatakeni heyətinə cəlb etmək niyyətindədir.
Futbol
4 Sentyabr , 2018 14:51
Zirə Keşlədən ayrılan futbolçunu heyətinə cəlb etmək istəyir

Bakı. 4 sentyabr. REPORT.AZ/ "Zirə" klubu "Keşlə"dən ayrılan futbolçu Adrian Skarlatakeni heyətinə cəlb etmək niyyətindədir. 

Bu barədə "Report"a qəsəbə təmsilçisinin baş məşqçisi Samir Abasov məlumat verib. O, rumıniyalı müdafiəçini həm klub rəhbərliyi, həm də özünün istədiyini vurğulayıb.

40 yaşlı mütəxəssis bu transferin reallaşmasında Skarlatakenin fikrinin önəmli rol oynayacağını əlavə edib. O bildirib ki, 32 yaşlı oyunçunun "Zirə"yə keçib keçməyəcəyi 2-3 gün ərzində müəyyənləşəcək. 

Qeyd edək ki, "Keşlə" Adrian Skarlatake ilə müqaviləni qarşılıqlı razılaşma əsasında ləğv edib.    

Son xəbərlər

Orphus sistemi