Bakı. 27 noyabr. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasında çıxış edən “Zirə” komandası qış təlim-məşq toplanışı çərçivəsində Türkiyənin Antalya bölgəsinə yollanacaq.
Bu barədə “Report”a klubun mətbuat xidmətindən məlumat verilib. Qəsəbə təmsilçisi 13 - 27 yanvarda qonşu ölkədə hazırlıq keçməyi planlaşdırır. Komandanın hansı oteldə məskunlaşacağı, hansı tarixlərdə və neçə yoxlama oyununda qüvvəsini sınayacağı yaxın günlərdə dəqiqləşəcək.
12 turdan sonra 6 xal toplayan “Zirə” “Keşlə” ilə son iki pilləni bölüşür.
Azərbaycan klubları 19-20 dekabrda ölkə kubokunun 1/4 final mərhələsinin cavab oyunlarından sonra istirahətə çıxacaqlar. Qış fasiləsi fevralın 2-də Premyer Liqada XV tura start verilməsi ilə başa çatacaq.
Qeyd edək ki, bunadək “Sumqayıt”ın Antalyaya yollanacağı dəqiqləşmişdi. Ötən qış Premyer Liqada çıxış edən bütün klublar bu bölgədə toplanış keçib.