"Zirə"dən ayrılan futbolçu "Səbail"ə keçdi

"Zirə"dən ayrılan futbolçu "Səbail"ə keçdi "Zirə" klubundan ayrılan futbolçu Şəhriyar Rəhimovun yeni klubu bəlli olub.
Futbol
22 İyun , 2021 17:25
Zirədən ayrılan futbolçu Səbailə keçdi
Şəhriyar Rəhimov

"Zirə" klubundan ayrılan futbolçu Şəhriyar Rəhimovun yeni klubu bəlli olub.

"Report"un məlumatına görə, 32 yaşlı yarımmüdafiəçi karyerasını "Səbail"də davam etdirəcək.

"Dənizçilər" Rəhimovla 2 illik müqavilə imzalayıb. "Səbail" qapıçısı Nikolas Hagenlə də anlaşmağa çox yaxındır. Hazırda ölkəsində olan qvatemalalı qapıçı hansısa problem çıxmayacağı təqdirdə, 2021/2022 mövsümündə də paytaxt klubunun formasını geyinəcək.

Qeyd edək ki, Şəhriyar Rəhimov 2018 - 2020-ci illərdə də "Səbail"in formasını geyinib. Nikolas Hagen isə 2020-ci ilin sentyabrında Azərbaycan təmsilçisinə keçib.

Son xəbərlər

Orphus sistemi