"Zenit" koronavirusa yoluxan futbolçunu transfer etmək istəyir

Futbol
  • 13 aprel, 2020
  • 13:10
Zenit koronavirusa yoluxan futbolçunu transfer etmək istəyir
Daniel Ruqani

Rusiyanın “Zenit” klubu İtaliya millisinin və “Yuventus” klubunun futbolçusu Daniel Ruqanini heyətinə cəlb etmək istəyir.

“Report” “Tuttomercatoweb” nəşrinə istinadən xəbər verir ki, artıq tərəflər arasında danışıqlar gedir. Sankt-Peterburq təmsilçisi 26 yaşlı müdafiəçiyə 3 illik müqavilə və 2.5 milyon avro maaş təklif edib.

Qeyd edək ki, Ruqani 2015-ci ildən Turin təmsilçisinin formasını geyinir. O, koronavirus testi müsbət nəticələnən ilk futbolçulardandır. Oyunçu hazırda karantindədir.