"Zenit" klubuna yeni baş məşqçi təyin olunub

Futbol
  • 01 iyun, 2017
  • 12:19
Zenit klubuna yeni baş məşqçi təyin olunub
Roberto Mançini

Bakı. 1 iyun. REPORT.AZ/ Rusiyanın "Zenit" futbol komandasına yeni baş məşqçi təyin olunub. "Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, italiyalı mütəxəssislə 3 illik müqavilə bağlanılıb.

O, yeni vəzifədə Mirça Luçeskunu əvəzləyib.

Qeyd edək ki, Roberto Mançini əvvəllər İtaliyanın "Latsio" və "İnter", İngiltərənin "Mançester Siti" və Türkiyənin "Qalatasaray" komandalarının baş məşqçisi vəzifəsində çalışıb. 

44 filmi