"Yuventus"un gənc futbolçusu vəfat edib

"Yuventus"un gənc futbolçusu vəfat edib İtaliyanın "Yuventus" futbol klubunun gənclərdən ibarət komandasının oyunçusu Brayan Dodyen 17 yaşında ölüb.
Futbol
1115
5 Sentyabr , 2021 08:50
Yuventusun gənc futbolçusu vəfat edib
Brayan Dodyen

İtaliyanın "Yuventus" futbol klubunun gənclərdən ibarət komandasının oyunçusu Brayan Dodyen 17 yaşında ölüb.

“Report” xəbər verir ki, bu barədə Turin klubu məlumat yayıb.

Qeyd edilir ki, futbolçu bir neçə il xərçəng xəstəliyi ilə mübarizə aparıb.

"Yuventus" Brayan Dodyenin ailəsi ilə birlikdə kədər hissi keçirir", - turinlilərin mətbuat xidmətinin xəbərində deyilir.

Məlumata görə, ona hələ 12 yaşında xərçəng diaqnozu qoyulub, amma Dodyen 2019-cu ildə meydançaya qayıda bilib və "Yuventus"un U15 komandasının heyətində çıxış edib.

Ona xərçəng diaqnozu qoyulduqda keçmiş yarımmüdafiəçi Pol Poqba futbolkasındakı "Brayan, mən səninləyəm" yazısı ilə qolunu ona həsr edib.

Son xəbərlər

Orphus sistemi