"Yuventus" "Liverpul"un müdafiəçisi üçün rekord məbləğ təklif edib

"Yuventus" "Liverpul"un müdafiəçisi üçün rekord məbləğ təklif edib İngiltərənin Liverpul klubunun futbolçusu Vircil van Deyk karyerasını İtaliya A Seriyasında davam etdirə bilər.
Futbol
308
2 Fevral , 2020 13:48
Yuventus Liverpulun müdafiəçisi üçün rekord məbləğ təklif edib

İngiltərənin "Liverpul" klubunun futbolçusu Vircil van Deyk karyerasını İtaliya A Seriyasında davam etdirə bilər.

"Report"un "The Sun"a istinadən verdiyi məlumata görə, "Yuventus" 28 yaşlı müdafiəçini yayda 150 milyon funt sterlinqə almağa hazırdır.

"Qoca Sinyora" hesab edir ki, hollandiyalı oyunçu komandaya Çempionlar Liqasında kömək etməyə qadirdir. Beləliklə, van Deyk ikinci dəfə dünyanın ən yaxşı müdafiəçisi sayıla bilər.

Qeyd edək ki, "Liverpul" Vircil van Deyki 1 yanvar 2018-ci ildə İngiltərə "Sautgempton"undan 84,65 milyon avroya alıb. Bununla da hollandiyalı oyunçu futbol tarixində ən bahalı legionerə çevrilib. 5 avqust 2019-cu ildə bu rekordu "Lester"dən "Mançester Yunayted"ə 87 milyon avroya keçən Harri Maquayr qırıb. 

Bu mövsüm van Deyk "Liverpul"da 34 oyuna 4 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. 

Son xəbərlər

Orphus sistemi