“Yuventus” İtaliya kubokunun ilk finalçısı olub

“Yuventus” İtaliya kubokunun ilk finalçısı olub İtaliya kubokunun cavab matçında "Yuventus" səfərdə "Latsio"ya 1:2 hesabı ilə uduzub.
Futbol
24 Aprel , 2024 02:23
“Yuventus” İtaliya kubokunun ilk finalçısı olub

İtaliya kubokunun yarımfinal mərhələsinin cavab matçında "Yuventus" səfərdə "Latsio"ya 1:2 hesabı ilə uduzub.

"Report"un məlumatına görə, görüş Romadakı "Olimpiya" stadionunda baş tutub.

"Latsio"nun qollarını 12-ci və 49-cu dəqiqələrdə Valentin Kastelyanos vurub. "Yuventus"un heyətində Arkadiuş Milik (83) fərqlənib. İlk görüşdə rəqibinə 2:0 hesabı ilə qalib gələn Turin təmsilçisi mərhələ adlayıb.

"Yuventus" finalda "Fiorentina" - "Atalanta" matçının qalibi ilə qarşılaşacaq. Aprelin 3-də keçirilən ilk oyunda “Atalanta” səfərdə 0:1 hesabı ilə uduzub. Cavab oyunu aprelin 24-də Berqamoda keçiriləcək.

“Yuventus” 22-ci dəfə İtaliya Kubokunun finalında çıxış edəcək. Komandanın turnirdə 14 qələbəsi var ki, bu da rekord göstəricidir. Kubokun son qalibi finalda "Fiorentina"ya 2:1 hesabı ilə qalib gələn "İnter" olub.

Son xəbərlər

Orphus sistemi