"Yuventus" baş məşqçisini istefaya göndərib

"Yuventus" baş məşqçisini istefaya göndərib İtaliya "Yuventus"u baş məşqçi Mauritsio Sarrini istefaya göndərib.
Futbol
890
8 Avqust , 2020 19:09
Yuventus baş məşqçisini istefaya göndərib

İtaliya "Yuventus"u baş məşqçi Mauritsio Sarrini istefaya göndərib.

"Report"un klubun rəsmi saytına istinadən məlumatına görə, 61 yaşlı mütəxəssislə əməkdaşlıq dayandırılıb.

Turin təmsilçisi Çempionlar Liqasının 1/8 finalında Fransa "Lion"u tərəfindən səfər qolu prinsipi əsasında mübarizədən kənarlaşdırılıb - 0:1, 2:1.

Sarri "Yuventus"a 16 iyun 2019-cu ildən rəhbərlik edirdi. Onun rəhbərliyi altında komanda ardıcıl 9-cu mövsüm İtaliya çempionluğu əldə edib. Lakin ölkə kubokunun finalında "Qoca Sinyora" "Napoli"yə uduzub.

Orphus sistemi