"Yuventus" "Barselona"nın hücumçusu ilə razılaşdı

"Yuventus" "Barselona"nın hücumçusu ilə razılaşdı İspaniyanın "Barselona" klubunun futbolçsu Luis Suares İtaliya "Yuventus"una keçməyə çox yaxındır.
Futbol
4 Sentyabr , 2020 16:02
Yuventus Barselonanın hücumçusu ilə razılaşdı
Luis Suares

İspaniyanın "Barselona" klubunun futbolçusu Luis Suares İtaliya "Yuventus"una keçməyə çox yaxındır. 

"Report" BBC-yə istinadən xəbər verir ki, 33 yaşlı hücumçu Turin təmsilçisi ilə müqavilənin şərtlərini razılaşdırıb. 

Tərəflər uruqvaylı forvardın Kataloniya təmsilçisi ilə müqavilənin ləğv edilməsini gözləyirlər. 

Qeyd edək ki, Luis Suares 2019/2020 mövsümündə 36 matçda meydanda olub, 21 qol və 12 məhsuldar ötürmə ilə yadda qalıb. O, 2014-cü ildən "Barselona"nın formasını geyinir. Hücumçunun hazırkı sözləşməsi 2020/2021 mövsümünün sonuna qədər nəzərdə tutulub, lakin komandanın yeni baş məşqçisi Ronald Kuman ondan istifadə etmək fikrində deyil. 

Son xəbərlər

Orphus sistemi