"Yuventus" 11 ildən sonra mövsümü titulsuz başa vurub

"Yuventus" 11 ildən sonra mövsümü titulsuz başa vurub İtaliyanın "Yuventus" klubu 11 ildən sonra ilk dəfə mövsümü titulsuz başa vurub
Futbol
12 May , 2022 09:08
Yuventus 11 ildən sonra mövsümü titulsuz başa vurub

İtaliyanın "Yuventus" klubu 11 ildən sonra ilk dəfə mövsümü titulsuz başa vurub.

"Report"un məlumatına görə, Turin təmsilçisi son olaraq İtaliya Kubokunun finalında əsas hissəsi 2:2 hesabı ilə bitən oyunun əlavə vaxtında "İnter"ə 2:4 hesabı ilə uduzub.

"Qoca sinyora" 2010/2011 mövsümündə də eyni aqibəti yaşayıb.

Qeyd edək ki, "Yuventus" UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində İspaniya "Vilyarreal"ına iki oyunun nəticəsinə əsasən məğlub olub - 1:1, 0:3. Komanda A Seriyasında 36 oyundan sonra 69 xalla 4-cü pillədə qərarlaşıb.

Son xəbərlər

Orphus sistemi