Yurgen Kloppun oxşarı İngiltərə - Almaniya matçında

Yurgen Kloppun oxşarı İngiltərə - Almaniya matçında İngiltərənin "Liverpul" klubunun baş məşqçisi Yurgen Kloppun oxşası Avropa çempionatının 1/8 final mərhələsində keçirilmiş İngiltərə - Almaniya matçına gəlib.
Futbol
30 İyun , 2021 14:51
Yurgen Kloppun oxşarı  İngiltərə - Almaniya matçında

İngiltərənin "Liverpul" klubunun baş məşqçisi Yurgen Kloppun oxşarı Avropa çempionatının 1/8 final mərhələsində keçirilmiş İngiltərə - Almaniya matçına gəlib.

"Report"un məlumatına görə, həmin şəxs 54 yaşlı mütəxəssis kimi eynəklə papaq taxıb və Mersisayd təmsilçisinin idman formasını geyinib.

O, İngiltərənin qələbəsi münasibəti ilə fanatları əyləndirib və Kloppun hərəkətlərini parodiya edib.

Qeyd edək ki, Londondakı "Uembli" stadionunda keçirilmiş qarşılaşma Britaniya təmsilçisinin 2:0 hesablı qələbəsi ilə bitib. İngiltərə 1/4 finalda Ukrayna ilə üz-üzə gələcək.

Son xəbərlər

Orphus sistemi