Yurgen Klopp karyerasını bitirəcəyi tarixi açıqladı

Yurgen Klopp karyerasını bitirəcəyi tarixi açıqladı İngiltərənin "Liverpul" klubunun baş məşqçisi Yurgen Klopp Mersisayd klubundan ayrıldıqdan sonra karyerasını başa vura bilər.
Futbol
17 Avqust , 2020 19:30
Yurgen Klopp karyerasını bitirəcəyi tarixi açıqladı
Yurgen Klopp

İngiltərənin "Liverpul" klubunun baş məşqçisi Yurgen Klopp Mersisayd klubundan ayrıldıqdan sonra karyerasını başa vura bilər.

"Report" xəbər verir ki, almaniyalı mütəxəssis bu barədə "Sportbuzzer" nəşrinə açıqlamasında deyib.

O bildirib ki, "qırmızılar"la vidalaşdıqdan sonra 1 il istirahət edəcək: "Sonra özümə sual verəcəyəm ki, futbol üçün darıxıram, ya yox. "Yox" desəm, Yurgen Kloppun məşqçilik karyerası başa çatacaq".

Qeyd edək ki, Y.Kloppun "Liverpul"la 2024-cü ilin yayına qədər müqaviləsi var. Mersisaydlılar ötən mövsüm 53 yaşlı mütəxəssisin rəhbətliyi altında 30 ildən sonra İngiltərə Premyer Liqasının qalibi olub. Klopp özü isə mövsümün ən yaxşı baş məşqçisi seçilib.

Son xəbərlər

Orphus sistemi