Yunis Hüseynov: "Kriştovao üzr istəsə də,  bağışlanmayacaq"

Yunis Hüseynov: "Kriştovao üzr istəsə də,  bağışlanmayacaq" "Məncə, maraqlı oyun oldu. "Qarabağ" Azərbaycanın ən yaxşı komandalarından biridir. Məqsədimiz qələbə qazanmaq idi. Hesabdan və oyundan narazı qalmadım. Komandamız hər oyunda belə döyüşkən olsa, daha yaxşı nəticələr əldə edə bilərik, yaxşı yerlər uğrunda
Futbol
695
11 Sentyabr , 2020 23:43
Yunis Hüseynov: Kriştovao üzr istəsə də,  bağışlanmayacaq
Yunis Hüseynov

"Məncə, maraqlı oyun oldu. "Qarabağ" Azərbaycanın ən yaxşı komandalarından biridir. Məqsədimiz qələbə qazanmaq idi. Hesabdan və oyundan narazı qalmadım. Komandamız hər oyunda belə döyüşkən olsa, daha yaxşı nəticələr əldə edə, yüksək yerlər uğrunda mübarizə apara bilərik".

"Report"un məlumatına görə, bunu "Keşlə"nin baş məşqçisi Yunis Hüseynov Azərbaycan Premyer Liqasının II turunda evdə "Qarabağ"la oyundan (0:0) sonra keçirilən mətbuat konfransında deyib.

O, bildirib ki, komandası Avropa Liqasının I təsnifat mərhələsinin Albaniya "Laçi"si ilə matçında da pis təsir bağışlamamışdı: "Bu dəfə mərhələ bir oyundan ibarət idi. Düzdür, elə də çox qol imkanımız olmamışdı. Amma dirəyə dəyən toplar, 100 faizlik epizodlarımız var idi. Uşaqlara demişəm ki, hər oyuna final matçı kimi çıxın. Bu gün də özlərini yaxşı tərəfdən göstərdilər. Getdikcə daha da yaxşı olacağıq".

55 yaşlı mütəxəssis komandanın düşərgəsini özbaşına tərk edən Aleksandr Kriştovaonun da məsələsinə aydınlıq gətirib: "O, heç kimin əlindən qaçmayıb. Bu mövsümkü iki oyunumuzda da əsas heyətdə oynayıb. Bizdən xəbərsiz gedib, səbəbini dəqiq bilmirəm. Bəlkə də ailəsini görməyə gedib, amma yenə də icazə almalıdır. Özbaşına bilet alıb, testdən keçib və ölkəni tərk edib. Futbolçu gedəndə məşqçidən icazə almalıdır. Əgər məndən icazə almayıb gedibsə, deməli bu komandaya layiq deyil. Qayıdıb üzr istəsə də, bağışlanmayacaq".

Hüseynov çempionluq uğrunda mübarizə aparacaqlarını istisna etməyib: "Mən komandama da deyirəm ki, niyə çempionluğa oynamayaq? Bütün oyunlara yüksək motivasiya ilə çıxsaq, döyüşsək, niyə də olmasın? Amma hələ iki tur keçib. Bu dəqiqə kimisə son sıraya salıb, kimisə də çempion etmək düzgün deyil".

Baş məşqçi oyundan əvvəl komandaya dediyi sözləri mətbuata açıqlamaq istəmədiyini vurğulayıb: "Bu, mənə aid olan sözlərdir. Buna görə də bu barədə heç nə deməyəcəyəm".

Futbolla 35 yaşında vidalaşdığını xatırladan Hüseynov təcrübəli oyunçuçuların hər zaman baş məşqçiyə dayaq olduğunu deyib.

Son xəbərlər

Orphus sistemi