Yunanıstanlı futbolçu: "Azərbaycanda şərtlər çox gözəldir"

Yunanıstanlı futbolçu: "Azərbaycanda şərtlər çox gözəldir" "Burada gördüklərimdən fərqli şeylər yaşadım. Azərbaycan eşitdiyimiz kimi deyil"
Futbol
17 Fevral , 2021 09:29
Yunanıstanlı futbolçu: Azərbaycanda şərtlər çox gözəldir

"Neftçi"yə keçməklə karyeramda ilk dəfə Yunanıstandan ayrılmışdım. Bu, mənim üçün həyat təcrübəsi idi".

"Report" xəbər verir ki, bu fikirləri Yunanıstanın ikinci liqasındakı "İonikos" klubuna keçən "Neftçi"nin sabiq futbolçusu Vangelis Platellas yerli mətbuata müsahibəsində deyib.

33 yaşlı yarımmüdafiəçi Azərbaycan haqqında xoş ifadələr işlədib: "Burada gördüklərimdən fərqli şeylər yaşadım. Azərbaycan eşitdiyimiz kimi deyil, orada şərtlər tamamilə fərqli və çox gözəldir".

Qeyd edək ki, Vangelis Platellas 2019-cu ilin yanvarından 2020-ci ilin iyulunadək Neftçi"də çıxış edib.

Son xəbərlər

Orphus sistemi